Yəməndə şiələrin toplaşdığı meydanda partlayış törədilib, 75 nəfər ölüb
Yəməndə terror aktı törədilib. APA TV-nin xəbərinə görə, paytaxt Sənada şiələrin toplaşdığı meydanda baş vermiş partlayış nəticəsində azı 47 nəfər ölüb, 75 adam yaralanıb.
Yəmən təhlükəsizlik strukturlarının məlumatına görə, Təhrir meydanının girişindəki yoxlama məntəqəsinə yaxınlaşan intiharçı-terrorçu özünü partladıb.
Ölənlər arasında uşaqların da olduğu bildirilir.
Qeyd edək ki, Yəmən şiələri ölkə prezidenti nərəfindən təyin olunan baş naziri qəbul etmir və etiraz aksiyaları keçirir. Prezident Administrasiyasının rəhbəri Bin Mübarək baş nazir vəzifəsinə oktyabrın 7-də təyin edilib. Yəmən prezidenti bu barədə qərarı bir neçə siyasi partiya ilə razılaşdıqdan sonra qəbul edib. Yeni baş nazir prezident və paytaxt Sənanın bir hissəsini ələ keçirən "Əl Husi" hərəkatı da daxil olmaqla bir neçə siyasi qüvvə ilə razılaşmasına uyğun şəkildə hökuməti qura bilməyib. Bin Mübarək fəaliyyətə başlamadan ötən gün istefa ərizəsi yazıb.