Siyəzəndə "Hyundai" yoldan çıxaraq aşdı

Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi yolunun 114-cü km-də, Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Tərtər rayon sakini Niyaməddin Ağalarovun idarə etdiyi “Hyundai” markalı avtomaşın Xaçmaz rayonu istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

 

Qeyd edək ki, qəza zamanı sürücü maşında tək olub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan