Bakıda sürücü cərimə meydançasının gözətçisini bıçaqlayıb

Bakıda gözətci bıçaqlanıb. APA TV-nin xəbərinə görə, hadisə Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin Nəsimi rayonunda yerləşən 13 saylı cərimə meydançasında baş verib. Orada 90 FS 493 dövlət nömrə nişanlı “Daewoo Nexia” markalı minik avtomobilinin sürücüsü Nizami Nəcəfov ilə cərimə meydançasının gözətçisi Yaqub Nuriyev arasında mübahisə yaranıb. Mübahisə zamanı Nizami Nəcəfov avtomobilindəki bıçaqla gözətçinin qarın boşluğundan xəsarət yetirib və ona yardım etmədən hadisə yerindən uzaqlaşıb. Ağır yaralanan Yaqub Nuriyev yaxınlıqdakıların köməyi ilə xəstəxanaya çatdırlıb. Çoxlu qan itirən yaralı əməliyyat olunub. Hadisəni törətməkdə şübhəli bilinən Nizami Nəcəfovu Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsiнин əməkdaşları yaxalayaraq, istintaqa təhvil veriblər. İlkin məlumata görə, avtomobilndən taksi kimi istifadəb edən sürücü cərimə meydançasındakı maşınından əşya götürmək istəyib. Gözətçi isə buna etiraz edib. Nəticədə mübahisə yaranıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv