Bakıdakı Psixatriya Xəstəxanasının pasientlərinin ifasında qeyri-adi konsert
Oktyabr 10-u Ümumdünya Psixi Sağlamlıq günüdür. APA TV-nin xəbərinə görə, bu münasibətlə Bakıdakı 1 nömrəli Respublika Psixatriya Xəstəxanasında pasientlərin təşəbbüsü ilə tədbir keçirilib. Sabunçu RİH-in nümayəndələrinin, valideyinlərin iştirakı ilə keçirilən tədbirdə pasientlər səhnəciklər, musiqi və rəqs nömrələri nümayiş etdiriblər.
Tədbir çərçivəsində pasietnlərin rəsm əsərləri və müxtəlif əl işləri də göstərilib.
Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov bildirib ki, xəstəxanada 2000 minə yaxın pasient var.