Bakıda bankomat partladılıb, külli miqdarda pul oğurlanıb
Bilgəh qəsəbəsində “Beynəlxalq Bank”-a məxsus bankomat partladılıb. Ehtimala görə, naməlum şəxslər hadisəni planlı şəkildə həyata keçiriblər. Hadisə oktyabrın 10-da saat 05.00 radələrində qeyə alınıb. APA TV-nin xəbərinə görə, DİN-in hadisə ilə bağlı yaydığı məlumatda bildirilir ki, "102 Zəng Mərkəzi"nə Sabunçu rayonu Bilgəh qəsəbəsinin ərazisində partlayış səsinin eşidilməsi barədə məlumat daxil olub. Hadisə yerinə gedən polis əməkdaşları Ü.Hacıbəyov küçəsində yerləşən mağazanın güncündə “Beynəlxalq Bank”-a məxsus bankomatın partladıldığını və içərisindəki pul olan qutunun aparıldığını müəyyən edilblər.
Əvvəl marketə basqın olunub. Avtomatla silahlamış şəxslər mağazanın mühafizəçisi İkram Mirzəyevin əl-ayağını yapışqanlı lentlə bağlayıb “VAZ-2107” markalı avtomobilin yük yerində aparıblar. Bir neçə dəqiqədən sonra yenidən mağazanın qarşısında düşürüblər. Faktla bağlı cinayət işi başlanıb.