Bakıda hava çiskinli olacaq

Oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında gecə və səhər çiskinli, gün ərzində dəyişkən buludlu hava şəraiti gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə bildirilib ki, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-14, gündüz 17-22 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında gecə bəzi yerlərdə yağış yağacağı, gündüz yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 9-15, gündüz 18-23 dərəcə isti olacaq. Dağlarda isə gecə 0-5 dərəcə, gündüz 7-12 dərəcə isti proqnozlaşdırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv