Ölkədə əmək pensiyaçılarının sayı açıqlanıb

"Yaşa görə əmək pensiyalarının orta aylıq məbləği ölkə üzrə orta aylıq əmək haqqının 43,4 faizini təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verirr".

 

APA TV-nin xəbərinə görə, bunu Dövlət Sosial Müdafiə Fondu Aparatının əmək pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyev mətbuat konfransında bildirib. Ölkə üzrə əmək pensiyaçılarının sayı ilkin məlumatlara görə, 2014-cü ilin 01 oktyabr tarixinə 1286,2 min nəfərdir: "Pensiyaçıların 782581 nəfərini və ya 60,9 %-ni yaşa görə, 363181 nəfərini və ya 28,2 %-ni əlilliyə görə, 140425 nəfərini və ya 10,9 %-ni isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir. 2014-cü ilin 1 oktyabr tarixinə əmək pensiyalarının orta aylıq məbləği 172,9 manat olub, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 191,5 manat təşkil edib".

 

Elşən Məmmədəliyev bildirib ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanın icrası ilə əlaqədar olaraq görülən tədbirlər nəticəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üçün nəzərdə tutulan əsas xidmətlər elektronlaşdırılıb.

 

Bu ilin 9 ayında Dövlət Sosial Müdafiə Fondunun həm saytı, həm də “elektron hökumət” portalı vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb. 

 

Müəllif | Apa.Tv