Millimizin sensasiyaya gücü çatmadı

AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib. APA TV-nin məlumatına görə, Fransadakı final mərhələsinə 53 iddiaçı arasında olan Azərbaycan milli komandası ikinci oyununa səfərdə meydana çıxıb.

 

Baş məşqçi Berti Foqtsun yetirmələri H qrupunun favoriti hesab edilən İtaliya millisi ilə üz-üzə gəlib. İlk səfər sınağına çıxan komandamız bu görüşdə yenə uduzub – 1:2

 

Gecənin qəhrəmanı isə Corco Kyellini olub. “Yuventus”un müdafiəçisi əvvəlcə matçın 44-cü dəqiqəsində hesabı açıb. Fasiləyə məğlub yollanan komandamız ikinci yarıda hesabı bərabərləşdirib. Yenə Kyellini fərqlənib. Bu dəfə futbolçu avtoqola imza atıb. Lakin Corco komandasınına 3 xal qazandırmağı bacarıb. O, növbəti qolunu 82-ci dəqiqədə vurub.

 

Oyunda başqa qol olmayıb və İtaliya yığması oyundan qalib ayrılıb.

 

Müəllif | Apa.Tv