Xəzərdə zəlzələ olub
Xəzər dənizində zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən APA TV-yə verilən məlumata görə, yeraltı təkan yerli vaxtla saat 06:55-də Nardarannan 117 km cənub-şərqdə Xəzər dənizində qeydə alınıb. Maqnitudası 3,1 bal, dərinliyi 48 km olan zəlzələ hiss olunmayıb.