Meksikada onlarla tələbəni öldürən dəstənin başçısı tutulub
Meksikada onlarla tələbəni qətlə yetirməkdə şübhəli bilinən cinayətkar qrupun başçısı saxlanılıb.
RİA Novosti agentliyinin yaydığı xəbərə görə, Salomon Pineda Vilya Kuernavaka şəhərində yaxalanıb. Vilya sentyabrın sonlarında İquala şəhərində tələbələrin oğurlanması və qətlə yetirilməsində şübhəli bilinir. Məlum olduğu kimi, 43 tələbənin itkin düşməsinin araşdıran Meksika hökuməti daha 4 kütləvi məzarlığın aşkar edildiyini bildirib.
Xatırladaq ki, İqualada baş vermiş iğtişaşlardan sonra 43 tələbə itkin düşüb. Bundan sonra şəhərin kənarında 28 yandırılmış cəsədin olduğu kütləvi məzarlıq aşkar edilib.