Bakıda neftçilərə mənzil verilib
Bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Bünyadzadə və 28 May küçələrində neftçilər üçün inşa edilmiş 5 yeni yaşayış binası istifadəyə verilib. Bununla bağlı keçirilən tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev çıxış edib. APA TV-in xəbərinə görə, binaların tikintisinə 2013-cü ilin yanvar ayından başlanıb və Bünyadzadə küçəsi 7 ünvanında istifadəyə verilən yeni 9 mərtəbəli bina 2 blokdan, 64 mənzildən ibarətdir.
28 May küçəsində yerləşən 4 doqquzmərtəbəli yaşayış binasının isə ümumi sahəsi 23 815, 78 kv.metrdir ki, bununda 10 099 kv.metri yaşayış sahəsidir.
Binalar su, elektrik xətləri və təbii qazla təchiz edilib, tam təmirli mənzillər isə, mətbəxt mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunub.