Zaqatalada 23 yaşlı qız göbələkdən zəhərlənib

Zaqatalada 23 yaşlı qız göbələkdən zəhərlənib. APA TV-nin məlumatına görə, rayonun Suvagil kənd sakini, 1991-ci il təvəllüdlü  Brilyant Məlikova güclü zəhərlənmə dioqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Həkim müayinəsindən sonra məlum olub ki, Brilyant  Məlikova göbələkdən zəhərlənib. O, vəziyəti ağır olduğundan xəstəxanada lazımi ilkin tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirmək üçün həkim müşayəti ilə Bakıya, Respublika Toksikoloji Mərkəzinə göndərilib. 

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov