Qaxda yanğın olub
Qaxda yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə rayonun Turaclı kəndində kənd sakini Nuru Abdulaşvilinin yaşadığı evin həyatyani sahəsində tikilmiş ümumi sahəsi 24 kv/m olan mal tövləsində qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində mal tövləsi və tövlənin çardağına yığılmış 3 ton quru ot yanıb. Tövlədə olan 3 baş iribuynuzlu heyvan heç bir zərər görmədən tövlədən çıxarılıb.Yanğınsöndürənlərin səyi nəticəsində həyətdə olan yaşayış evi yanğından mühafizə olunub.
Faktla bağlı FHN-nin Qax rayon DYMH-də araşdırma aparılır.