İraqda törədilən partlayışlar nəticəsində 100-dən çox insan ölüb

İstirahət günləri İraqda baş verən terror aktları nəticəsində 100-ə yaxın adam ölüb. Ən böyük partlayış Diyala əyalətinin Qara Təpə şəhərində baş verib. Partlayıcı quraşdırılmış üç avtomobil partladılıb. Partlayış şəhərin bələdiyyə şurasının binası qarşısında baş verib. İlkin məlumata görə, terror aktı nəticəsində 58 nəfər ölüb, 107 adam xəsarət alıb. Ölənlər arasında yerli sakinlər və təhlükəsizlik xidmətinin əməkdaşları da var.

 

Bağdadda baş vermiş bir neçə terror aktı isə azı 40 nəfərin həyatına son qoyub. Terror hücumuna İraq paytaxtının şiə məhəllələri məruz qalıb.

 

APA TV-nin xəbərinə görə, "İraq Şam İslam Dövləti" terror təşkilatının qismən nəzarət etdiyi Ənbay vilayətində isə fuqas partlaması nəticəsində general Əhməd Sadıq əl-Dalaymi həlak olub.

Müəllif | Apa.Tv
Apa.tv