Türkiyədə yoxa çıxan helikopterdən acı xəbər: 4 hərbçi həlak olub

Türkiyənin Kocaeli şəhərindən Konyaya doğru hərəkət edən və havaya qalxdıqdan 7 dəqiqə sonra əlaqə kəsilən hərbi helikopterin qalıqları tapılıb. "Sikorsky" tipli helikopterin axtarışlarında müxtəlif qurumların xılasetmə dəstələri cəlb edilmişdi. Axtarışda Hərbi Dəniz və Hava qüvvələrinin 1 təyyarəsi və 4 helikopteri də iştirak edib.

 

APA TV-nin xəbərinə görə, uzun sürən axrtarış-xilasetmə işlərindən sonra gecə saatlarında helikopterdən axı xəbər gəlib. Onun qalıqları Kocaelinin Qartəpə qəsəbəsi ərazisində tapılıb. Məlum olub ki, qəza nəticəsində 4 hərbçi həlak olub.

 

Qəzanın səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq. Türkiyə Silahlı Qüvvələri həlak olan hərbçilərin adlarını da açıqlayıb və ailələrinə başsağlığı verib.

Müəllif | Apa.Tv
Apa.tv