Azərbaycandan Məşəd ziyarətinə gedən zəvvarların avtobusu aşdı: 3 ölü, 10 yaralı
Azərbaycandan İran İslam Respublikasının Məşəd şəhərinə gedən zəvvar avtobusu qəzaya uğrayıb. APA TV-nin Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Biləsuvar rayonu Bakı-Astara yolunun 91-ci kilometrliyində sərnişin avtobusu idarəetməni itirərək yol kənarına aşıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayyət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə olan 33 nəfər sərnişinin 3 nəfəri (kişi) aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 10 nəfəri isə müxtəlif bədən xəsarətləri alıb.
Meyitlər və xəsarət alanlar yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtobusdan çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.