Rusiyada qətl törədən azərbaycanlı gəncə hökm oxunub

Rusiyanın Xantı-Mansiysk şəhərində 23 yaşlı Yuliya Zavyalovanı öldürən azərbaycanlıya hökm oxunub. 19 yaşlı Maarif Məmmədov qəsdən adamöldürmə, döymə, ölümlə təhdid etmə maddələri ilə təqsirləndirilib. Məhkəmənin hökmünə əsasən, o, 15 il 2 ay müddətinə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə azadlıqdan məhrum edilib. Azərbaycanlı gəncə ibtidai istintaq zamanı irəli sürülmüş zorlama ittihamı isə məhkəmədə sübuta yetirilməyib.

 

APA TV-nin xəbərinə görə, hadisə bu il mayın 16-da ayında baş verib. Azərbaycanlı gənc Yuliya Zavyalova anası ilə evə qayıdarkən ona hücum edib. Maarif Məmmədov onun boğaz nahiyəsinə bir neçə bıçaq zərbəsi endirib. Bundan sonra Xantı-Mansiysk sakini yalnız bir neçə dəqiqə yaşaya bilib və anasının qollarında ölüb. Cinayətkar hadisə günü şəhərin mərkəzində tikilməkdə olan evlərdən  birinin zirzəmisində tapılıb.

 

Cinayət Xantı-Mansiyskdə böyük rezonans doğurub.

 

Müəllif | Apa.Tv