Suriyada yaralanan 2 PKK terrorçusu Türkiyədə tutulub

Türkiyədə PKK terror təşkilatının 2 rəhbər şəxsi yaxalanıb. APA TV-nin "Milliyet"ə istinadən xəbərinə görə, Diyarbəkir Polis İdarəsi Suriyanın Kobani şəhərində İŞİD terrorçularına qarşı PYD-YPG sıralarında döyüşərək yaralanan 2 PKK terrorçusunun müalicə üçün Türkiyəyə gətirildiyi barədə məlumat alaraq əməliyyat keçirib. Həyata keçirilən əməliyyat zamanı terrorçu təşkilatın Türkiyənin Hakkari vilayəti üzrə cavabdeh şəxsi "Rüzgar" kod adlı Selman Atəşi Diyarbəkirdə, Diyarbəkir üzrə cavabdeh şəxsi "Sofi" kod adlı Səlahəddin Dilək isə Şanlıurfada yaxalanıb. Səlahəddin Diləyin Suruçdakı xəstəxanadan polis əməkdaşları tərəfindən aparıldığı bildirilir. Onun PKK-ya 1995-ci ildən qatıldığı, bir çox terror aktının təlimatçısı və əsas təşkilatçısı olduğu qeyd olunur.

Müəllif | Apa.Tv
Apa.tv