Azərbaycanda Rusiya vətəndaşını maşın vuraraq öldürüb
Bakı-Quba Rusiya federasiyası dövlət sərhəddi yolunun 118-ci km-də, Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Siyəzən rayonu Gil-gilçay qəsəbəsində yaşayan 1951-ci il təvəllüdlü Zahir Hüseynov idarə etdiyi “VAZ 21063” markalı avtomaşınla Bakı istiqamətində hərəkətdə olarkən yolu keçən 1979-cu il təvəllüdlü, Rusiya Federasiyasının vətəndaşı Sviridov Yuriy Nikolayeviçi vurub. Moskva sakini aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.