Amerikanın Türkiyə hərbi bazalarından istifadəsinə icazə verildi
Türkiyə Amerikanın İraq və Suriyada İŞİD-lə mübarizə aparması üçün öz hərbi-hava bazasından istifadə edilməsinə razılıq verib. APA TV-nin xəbərinə görə, bunu Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Suzan Rays açqılayıb. Onun sözlərinə görə, rəsmi Ankara Amerika və ortaqları tərəfindən mötədil Suriya müxalifətinin təlim keçməsi və Suriya ilə İraqda əməliyyat aparması üçün öz torpaq və bazalarından istifadə edilməsinə izn verib.
Amerika Birləşmiş Ştatlarından nümayəndə heyətinin bu həftə Türkiyə rəsmiləri ilə görüşəcəyi və təlim proqramının müzakirə ediləcəyi bildirilir.
Bu arada İraq ordusu qüvvələrinin ölkənin qərbində Anbar vilayətinin Tavi bölgəsini İraq Şam İslam Dövləti terrorçularından təmizlədikləri açıqlanıb. Ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, keçirilən əməliyyat zamanı Tavi İra ordusu tərəfdarlarının nəzarətinə keçib. Əməliyyat zamanı itki olsa da, ölənlərin sayı açıqlanmayıb.