Azərbaycan millisi böyük hesabla uduzdu - 6:0

 

AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib. APA TV-nin məlumatına görə, H qrupunda mübarizə aparan komandamız üçüncü görüşünə çıxıb.

 

Palermo şəhərində İtaliya yığmasına 2:1 hesabı ilə uduzan Berti Foqtsun yetirmələri yenə səfər sınağında olub. Millimiz qrupun favoritlərindən olan Xorvatiya ilə münasibətlərinə aydınlıq gətirib.

 

Osiyek şəhərində keçirilən oyunda xorvatlar matçda 6:0 hesabı ilə qələbə qazanıb.

 

Görüşdə İvan Perisiç (34; 45) dubl edib. Andrey Kramariç (11), Marselo Brozoviç (45+2) və Luka Modriç (56-pen) hərəyə bir dəfə fərqlənib.

 

Ev sahiblərinin sonuncu qolunu isə Rəşad Sadıqov vurub. “Qarabağ”ın müdafiəçisi 61-ci dəqiqədə avtoqola imza atıb.

Müəllif | Apa.Tv