İngiltərə parlamenti də Fələstin dövlət kimi tanıdı
İngiltərə parlamenti Fələstini dövlət kimi tanıyıb. APA TV-nin məlumatına görə, parlamentinin aşağı qanadı olan Avam Kamerası “Hökumətin Fələstin dövlətini tanıması” ilə bağlı təklifini 4 saatlıq müzakirələrdən sonra 274 səslə qəbul edib. Bu təklif müxalifətdəki İşçi Partiyasının “Fələstinin dostları” qrupunun rəhbəri Qraham Morris tərəfindən hazırlanıb. Səsvermədə 12 millət vəkilinin təklifin əleyhinə səs verdiyi qeyd edilir.
Bundan başqa, ingilis parlamentarilər müzakirələr zamanı Yaxın Şərq və bölgənin gələcəyi ilə bağlı fikirlərini bölüşüblər.