Bakıda qətl törədən kişi polisə təslim oldu
Bakıda qətl törədilib. Xəzər Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Zirə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Asif Rəşid oğlu Məmmədov aralarında yaranmış mübahisə zəminində həmyerlisi Oqtay Nəcəf oğlu Rzayevi bıçaqlayaraq öldürüb.
A.Məmmədov qətli törətdikdən sonra polisə gələrək könüllü təslim olub.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsindən cinayət işi başlanıb, araşdırma aparılır.