Xınalıq sakini evində muzey yaradıb
Qubanln Xınalıq kənd sakini, 57 yaşlı Hacıbala Mədəlovun evi yaşadığı kənd qədər məşhurdur. APA TV-nin xəbərinə görə, Xınalığa gələn turistlərin diqqətini cəlb edən bu evdə kəndin tarixini, mədəniyyətini əks etdirən yüzlərlə eksponat sərgilənir. Hacıbala Mədəlov deyib ki, kiçik muzeyindəki eksponatları 88-ci ildən toplamağa başlayıb. Eksponatların toplanması isə ona heç də asan başa gəlməyib.
Sərgilənən mədəniyyət nümunələrinin hamısı Xınalığa aiddir. Burda müxtəlif silahlar, pullar, xalçalar və əlyazmalar var. Bundan əlavə küp qablar, müxtəlif məişət əşyaları, geyim nümunələri də turistlərin maraq göstərdiyi eksponatlardandır. Hacıbala Mədəlov ən qiymətli kolleksiyaların əlyazmalardan ibarət olduğunu qeyd edir.
Onun ən böyük arzusu muzeyindəki eksponatları artıraraq xarici ölkələrdə sərgi təşkil etməkdir.