Avstraliyada havada yanan təyyarə evlərin üstünə düşüb
Avstraliyanın Melburn şəhərində yüngül motorlu təyyarə eniş edərkən səmada alovlanıb. APA TV-nin xəbərinə görə, havada yanan təyyarə evlərin üstünə düşüb. Hadisə bu gün, yerli vaxtla saat 06.30 radələrində baş verib. Qəza nəticəsində onlarla ev yanıb, 1 nəfər ölüb, çoxlu sayda yaralı var. Avstraliya polisinin məlumatına görə, hadisə zamanı iki avtomobil də yanaraq yararsız vəziyyətə düşüb.
Yanğına təyyarənin mühərrikində baş verən texniki nasazlıq səbəb olub.