Ermənistanda müxalifətin növbəti mitinqinin günü müəyyənləşdi

Ermənistanda müxalifət dördlüyünün növbəti mitinqinin vaxtı məlum olub. "Çiçəklənən Ermənistan", Erməni Milli Konqresi, "İrs", Ermənistan Xalq Partiyası qüvvələrinin mitinqi oktyabrın 24-ə təyin edilib. Mitinq Azadlıq meydanında baş tutacaq. Bu barədə müxalif qüvvələrin keçirdiyi iclasdan sonra mətbuata açıqlama verən Erməni Milli Konqresinin koordinatoru Levon Zurabyan deyib.

 

APA TV-nin xəbərinə görə, o bildirib ki, növbəti mitinqdə real addımlar atılacaq. Zurabyan həmçinin əlavə edib ki, oktyabrın 10-da keçirilmiş mitinq 88 ildə ən çox adam toplaşan nümayişdir: "Bu, siyasi landşaftın titrəməsi idi və çox böyük nəticələrinin olacağına əminəm. 10 oktyabr mitinqindən sonra insanların gələcəyə ümidi artdı. Xalqın artıq səbri yoxdur. Biz prosesə başlamışıq və bunun reallaşmasından qaçmaq mümkün deyil".

 

Ermənistan Milli Konqresi koordinatorunun sözlərinə görə, müxalifət dördlüyü vahid siyasi gündəliklə çıxış edir. Bu gündəliyə əsasən rejim özü-özünü bitirib və hakimiyyət dərhal dəyişməlidir.  

Müəllif | Apa.Tv
Apa.tv