Siyəzəndə kanala düşən uşağın meyiti tapılıb

Oktyabrın 14-də Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batan 2003-cü il təvəllüdlü Zahidov Elvin Famil oğlunun meyiti tapılıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, 11 yaşlı oğlanın meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən kanalın Siyəzən rayonun Zarat kəndi ərazisindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan