Bakıda qəza törədən sərxoş sürücü hadisə yerindən qaçdı

Gecə saatlarında Binəqədi rayonunda içkili sürücü qəza törədərək qaçıb. APA TV-nin məlumatına görə, hadisə Xutor qəsəbəsi, Eldar Babayev küçəsində qeydə alınıb. Vüqar Süleymanov idarə etdiyi "Mercedes"lə hərəkətdə olarkən qəsəbədəki arayoldan əsas yola çıxmaq istəyən sürücü Rəşad Ağayevin sükanı arxasında olduğu "Maz" markalı zibil daşıyan yük maşını ilə toqquşub. Baş verən qəzada xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib. Qəzadan sonra hər iki sürücü baş verən hadisəyə görə bir-birilərini günahkar bilib. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları gələnə kimi qəzaya səbəb olan Vüqar Süleymanov hadisə yerindən qaçıb.

 

Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv