Samuxda gənc oğlan 42 yaşlı kişini bıçaqlayıb
Samuxda gənc oğlan yaşca özündən xeyli böyük olan kişiyə bıçaqla ağır xəsarətlər yetirib. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə oktyabrın 16-na keçən gecə rayonun Nəbiağalı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 20 yaşlı Sirac Abbasov həmyerlisi, 42 yaşlı Zabit Xəlilovla mübahisə edib və onu bıçaqlayıb. Yaralı qarın nahiyəsinin geniş kəsilmə yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb:
Cinayəti törədən Sirac Abbasov hadisə yerindən qaçsa da, Samux rayon Polis Şöbəsinin əməkdaşların keçirdiyi əməliyyat axtarışları nəticəsində tezliklə saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.