Azərbaycan prezidenti: “Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyatın inkişafında yeni mərhələnin başlanğıcıdır”

"Şərq-qərb və şimal-cənub beynəlxalq dəhlizlərin qovşağında yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastruktur qurur, yük daşımaların idarə olunması, mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir".

 

APA TV-nin xəbərinə görə, pPrezident İlham Əliyevin Bakıda keçirilən “Bakı-Tbilisi-Qars dəmir yolu xətti – Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” adlı beynəlxalq konfrans iştirakçılarına müraciətində belə deyilir. Məktubu baş nazirin müavini Abid Şərifov oxuyub. Müraciətdə bildirilir ki, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi iqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsizlik və ekoloji normalara uyğun olan bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanğıcı deməkdir.

 

Ölkə başçısının müraciətində o da qeyd olunub ki, beynəlxalq standartlar səviyyəsində yeni Bakı Beynəlxalq Dəniz Limanı kompleksinin bərə terminalı bu yaxınlarda fəaliyyətə başlayıb:

 

 Növbəti ildə liman istismara tam hazır olacaq. Mərhələlərlə limanın yükaşırımı gücü ildə 25 milyon tona və 1 milyon konteynerə bərabər olacaqdır. Belə infrastrukturların qurulması Böyük İpək yolu marşrutu üzrə Asiya ilə Avropa arasında ticarət, tranzit daşımalarının inkişafına, Eləcə də Xəzərə regionunun nəqliyyat və tranzit potensialına və səmərəli istifadəsinə töhfədir".

 

Tədbirdə çıxış edən nəqliyyat naziri Ziya Məmmədov Azərbaycanın Qafqazdan keçən bir sıra nəqliyyat layihələrinin təşəbbüskarı olduğunu deyib. Bu baxımdan Bakı-Tiflis-Qars dəmiryol xətti ən uğurlu layihələrdən biridir: "Layihə üzrə Türkiyə ərazisində 75,6 km, Gürcüstan ərazisində 183 km sahənin tikinti və rekonstruksiyası, Türkiyə-Gürcüstan sərhədində isə 4,5 km uzunluğunda tunelin tikintisi aparılır. Gürcüstanda işlər Azərbaycanın ayırdığı 775 milyon dollar məbləğində güzəştli kredit hesabına maliyyələşir. 2014-cü ilin sonunda ilk sınaq qatarı xəttə buraxılacaq. Layihə 2015-ci ildə yekunlaşacaq".

 

Türkiyənin nəqliyyat, dəniz və kommunikasiya naziri Lütfi Əlvan bu layihənin tarixin il daşınma dəhlizi olan İpək yolunu yenidən canlandırıldığını və Çindən Londona daşınmanın daha rahat həyata keçirilməsinə yol açdığını bildirib. Bu isə ölkələr arasında iqtisadi və mədəni əlaqələrin daha da güclənməsinə töhfə verəcək.

Tədbirdə Gürcüstanın regional inkişaf və infrastruktur naziri David Şavliaşvili, TRASEKA-nın baş katibi Eduard Biryukov da çıxış edib.

 

Sonda yekun sənəd imzalanıb.  

 

Müəllif | Apa.Tv