Yaz havası davam edəcək

Oktyabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində duman, zəif çiskin olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 14-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 764 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.
 

Azərbaycanın rayonlarında oktyabrın 17-də əsasən axşam və gecə bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. 

Müəllif | Apa.Tv
Apa.tv