Oğuzda avtomobil ağaca çırpıldı, sürücü öldü

Oğuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin  məlumatına görə, hadisə rayon mərkəzindən Bayan kəndinə gedən yolda qeydə alınıb. Rayonun Dəymədağlı kənd sakini, 1989-cu il təvəllüdlü Arzu Hüseynov idarə etdiyi “Changan” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb. Baş vermiş qəza nəticəsində Arzu Hüseynov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı Oğuz rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov