Suriyada iranlı general öldürülüb
İran İnqilab Keşikçiləri Quru qüvvələri Kərbəla qərargahı Komandiri general Cabbar Dirisavinin Suriyada öldürülüb. Onun Hələbdə, İslam Cəbhəsi İlə Suriya ordusu arasında baş verən döyüşdə öldürüldüyü bildirilir. İranın Əhvaz şəhərində dəfn edilən general Əsəd ordusu tərəfində döyüşürmüş.
Eyni zamanda İranın Əfqanıstan vətəndaşı olan xəzər-türk kökənli şəxsləri aylıq 500 dollar və ölkədə yaşamaq haqqı müqabilində Suriyaya döyüşə yolladığı barədə xəbərlər də gündəmə gəlib.
Bu arada İŞİD terrorçu təşkilatı Almaniya kansleri Angela Merkeli ölümlə təhdid edib.