Cəlilabadda ağır qəza: 1 ölü, 1 yaralı
Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 17.00 radələrində Ələt-Astara magistralınının 129-cu kilometrliyində, yolun Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Təzəkənd kənd sakini Xəzail Əhməd oğlu Şammədovun idarə etdiyi “QAZ- 31029” markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn "Mitsubishi" markalı minik avtomobili ilə toqquşub. Güclü zərbənin təsirindən “QAZ-31029”-un sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Digər sürücü isə yaralı vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.