Bakıda qadınları aldadan dələduz yaxalanıb

Bakıda dələduzluqla məşğul olan şəxs saxlanılıb. İstintaqın məlumatına görə, 34 yaşlı Bakı sakini Əlizadə Elşən Vaqif oğlu bu ilin mayında Balaxanı qəsəbəsində 200 kv. metr torpaq sahəsini Rəhimova Nisə Hüseyn qızına satacağını bildirsə, də onu aldadıb. O, etibardan sui-istifadə edərək, Nisə Rəhimovadan 4000 manat alıb. İki ay sonra - 2014-cü ilin iyulunda Elşən Əlizadə daha bir qadını 200 kv. metrlik torpaq sahəsini satmaq adı ilə aldadıb. O, bu dəfə Məmmədova Narözə Xıdır qızından 5500 manat alıb. Amma sonra məlum olub ki, həmin torpaq sahəsi Elşən Əlizadənin mülkiyyəti deyil və Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) balansındadır.

 

APA TV-nin xəbərinə görə, qadınlar pullarını geri ala bilmədiklərindən, polisə müraciət ediblər.

 

Elşən Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin iki hissəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv