Maştağada "Mercedes" piyadanı vurub öldürdü


Sabunçu rayonunun Maştağa qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə qəsəbənin Xanlar küçəsində qeydə alınıb. Nizami Ramiz Oğlu Quliyevin idarə etdiyi və Buzovnadan Maştağa istiqamətində hərəkətdə olan "Mercedes" markalı minik avtomobilin qarşısına qəflətən 2 piyada çıxıb. O, piyadalardan birini vurub.

 

Hələlik şəxsiyyəti məlum olmayan piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar, hadisə yerinə baxış keçirilib. Meyit isə müayinə olunması üçün Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin  Sabunçu Rayon Şöbəsinə göndərilib. Qəzanı törədən avtomobil evakuator vasitəsilə cərimə meydançasına aparılıb. Sürücü Nizami Quliyev izahatının alınması üçün rayon polis idarəsinə dəvət olunub. Faktla bağlı cinayət işi başlanıb. Qəzanın hansı şəraitdə baş verdiyi dəqiqləşdirilir.

 

Müəllif | Apa.Tv