Ukrayna prezidenti Donbasa xüsusi status verilməsi barədə qanun imzalayıb

Ukrayna prezidenti Pyotr Poroşenko Donbasın xüsusi statusu barədə qanun imzalayıb. APA TV-nin məlumatına görə, "Donetsk və Luqansk vilayətinin ayrı-ayrı rayonlarında yerli idarəetmənin xüsusi qaydası barədə qanun" prezidentin rəsmi saytında yer alıb. Qanunun imzalanmasında məqsəd kimi, vəziyyətin tez bir zamanda dəyişməsinə şərait yaratmaq, hüquqi qaydanın, vətəndaşların konstitusiya hüququ və azadlıqlarının bərpası, sakinlərin geri qayıtmasına şərait yaratmaq, həyat fəaliyyətlərinin bərpası və bu ərazilərin inkişaf etdirilməsi göstərilir. Bu ərazilərdə xüsusi status qüvvəyə mindiyi gündən 3 il müddətində müəyyən edilib. Məlumatda qanunun çap edildiyi gündən qüvvəyə mindiyi göstərilir. 

Müəllif | Apa.Tv
Apa.tv