Minaya düşən Qazax sakininin ayağı amputasiya edildi

Azərbaycanın Qazax rayon sakini minaya düşüb. Qazax Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Cəfərli kəndində qeydə alınıb. 1977-ci il təvəllüdlü kənd sakini Məmməd Qarasaqqalov dumanlı hava şəraitində azaraq, minalanmış neytral əraziyə keçib. Nəticədə mina partlayıb və Məmməd Qarasaqqalov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Məmməd Qarasaqqalovun sol ayağı amputasiya edilib.

Müəllif | Apa.Tv
Apa.tv