Bakıda intihar: 37 yaşlı kişi özünü asıb
Bakıda intihar hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binə südçülük sovxozunda qeydə alınıb. 1977-ci il təvəllüdlü Elxan Hüseyn oğlu Hümbətov yarımtikilidə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.