Bakıda 22 yaşlı qız dəm qazından boğuldu

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Nəsimi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Həsən Seyidbəyli küçəsi 32, mənzil 21 ünvanında 1992-ci il təvəllüdlü Mamıyeva Aysel Faiq qızı dəm qazından boğulub. 22 yaşlı Aysel Mamıyeva hamam otağında olarkən qazdan zəhərlənib və hadisə yerində keçinib. Onun meyitini yaxınları aşkarlayıblar.

 

Faktla bağlı Nəsimi rayon Prokurorluğu araşdırma aparır.

Müəllif | Apa.Tv
Apa.tv