Lənkəranda mina həyəcanı yaşanıb

Lənkəranda yenidən mina həyəcanı yaşanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə oktyabrın 17-də qeydə alınıb. Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd mühafizə naryadı  Xəzər dənizinin Lənkəran sahil zolağında xidməti vəzifəsini yerinə yetirərkən biri-birindən  aralı üç ədəd  tank əleyhinə mina aşkarlayıb. Tapıntı barədə aidiyyatı qurumlara məlumat verilib. Əraziyə təcili tibbi yardım briqadası, Lənkəran rayonunun hüquq mühafizə orqanlarının, DSX-nin və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Mina aşkarlanmış ərazi nəzarətə götürülüb, müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hər üç mina tapıldığı yerdən götürülərək, 300 metr məsafəyə aparılıb. Xüsusi tədbirlərdən sonra minalar zərərsizləşdirilib.

 

Müəllif | Apa.Tv