Heydər Əsədov və Oqtay Şirəliyev qəbul keçiriblər
Kənd təsərrüfatı naziri Heydər Əsədov Sabirabadda vətəndaşları qəbul edib. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, Kənd təsərrüfatı naziri Heydər Əsədov Sabirabadda vətəndaşları qəbul edib. Qəbulda Sabirabad, Saatlı, İmişli və Hacıqabul rayonlarından olan vətəndaşlar iştirak edib. Qəbul zamanı vətəndaşlar tərəfindən bir sıra problemlərlə əlaqədar nazirə müraciətlər edilib. Əsasən, bu il Mil- Muğan ərazisində yaranmış quraqlıqla əlaqədar suvarma sistemində yaranmış problemlər və bu səbəbdən də bitki və tərəvəzlərin məhsuldarlığının aşağı düşməsi qeyd olunub. Eyni zamanda taxılçılıq, subsidiyaların miqdarı, texnikaların güzəştli kreditlər hesabına alınması, toxumçuluğun inkişaf etdirilməsi, heyvanlar arasında yaranmış xəstəliklərlə əlaqədar, işlə təmin olunma və sair problemlərlə əlaqədar nazirə müraciətlər olunub. Qəbulda 30 nəfərdən çox vətəndaş iştirak edib.
Bəzi məsələlər yerindəcə həll edilib, digər müraciətlərin həll olunması üçün nazir tərəfindən göstərişlər verilib.
Səhiyyə naziri Oqtay Şirəliyev isə Salyan Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlarla görüşüb. Qəbulda Neftçala, Biləsuvar və Cəlilabad rayonundan olan bir qrup vətəndaş iştirak edib. Müraciətlər daha çox yerli şəraitdə müalicəsi mümkün olmayan xəstəliklərin müalicəsinə köməklik göstərilməsi, işlə təminatla bağlı olub. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, bəzi təkliflərlə bağlı müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.