Sumqayıtda axtarışda olan keçmiş məhkum yaxalandı

Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları İlyasov Zöhrab Şərafəddin oğlunu yaxalayıblar. Şəhər sakini Zöhrab İlyasov talama  məqsədi olmadan avtomobil qaçırma və soyuq silahla bədənə xəsarət yetirmə maddələri ilə təqsirləndirilir. APA TV-nin xəbərinə görə, barəsində bir il əvvəl axtarış elan olunan saxlanılan şəxs sonda yaxalanıb. O, dostunun qardaşını qız  davasına görə bıçaqlayıb.

 

Hadisə Corat bağlarında baş verib. 2 bıçaq xəsarəti alan Miralxas Nağıyev xəstəxanaya çatdırılıb. Zöhrab İlyasov isə qaçıb gizlənib: "Gəzdim Azərbaycanın bölgələrini , hara gəldi, getdim". 

 

Faktla bağlı cinayət işi başlanıb. Əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci  (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə məhkum olunan Zöhrab İlyasovun digər cinayətlərdə iştirak edib-etmədiyi dəqiqləşdirilir.

 

Müəllif | Apa.Tv