Ziyafət Əsgərov: "Leyla Yunusa görə Azərbaycan təklənə bilməz"
“Biz Qarabağa görə hansısa ittifaqa üzv ola bilmərik”.
APA TV-nin xəbərinə görə, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Azərbaycanın Gömrük İttifaqına üzv olmamasının səbəblərinə aydınlıq gətirərkən belə deyib: "Erməninstanın Avrasiya İttifaqına üzvlüyü ratifikasiya olunmalıdır. Ondan sonra isə məsələnin texniki detalları qalır. Bunu da gələcək göstərəcək".
Azərbaycanın ikitərəfli münasibətlərə üstünlük verdiyini deyən vitse-spiker əlavə edib ki, Qarabağ məsələsi ilə ticarət etmək olmaz.
Ziyafət Əsgərov ABŞ və beynəlxalq təşkilatların Azərbaycanda həbs olunan QHT rəhbərlərini azadlığa buraxması tələbinə münasibət bildirərkən deyib ki, bir Leyla Yunusa görə Azərbaycan heç vaxt təklənə bilməz: "Bu gün Azərbaycan elə bir inkişaf mərhələsindədir ki, İstər qərb dövlətləri, istərsə də beynəlxalq təşkilatlar ölkəmizin güclü iqtisadi siyasətini həzm edə bilmirlər.İnanın səbəb yalnız budur. Sizə mən tam səmimiyyətimlə deyirəm. Onlar həzm edə bilmirlər ki, necə ola bilər ki, 10 il içərisində Azərbaycan bu qədər güclü inkişafa nail olsun? Ona görə də insan hüquqlarını siyasi alətə çevirirlər. Bunlar hamısı insan hüquqları adı altında Aazərbaycana təsir göstərməkdir".
Bu gün Ameriak və Avropada insan hüquqları ilə bağlı problemin daha çox olduğunu deyən vitse-spiker bildirib ki, Azərbaycanda hüquqi islahatlar həyata keçirilir, məhkəmə sistemi var, insan hüquqları ilə bağlı məsələləri bu qurumlar həll edir.