Binəqədidə zəncirvari qəza! 5 avtomobil toqquşdu!
Bakının Binəqədi rayonunda zəncirvari yol qəzası baş verib. APA TV-nin məlumatına görə, qəza nəticəsində 5 avtomobil toqquşub. Hadisə rayonun Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. Fərrux Məmmədzadənin idarə etdiyi "Daewoo" markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşı yoldan gələn Rauf Cabbarovun idarə etdiyi "Hyundai"la toqquşub. Daha sonra Fərrux Məmmədzadənin avtomobili "KİA"ya, “KİA” isə öz növbəsində "Opel" və "AzSamand"a çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə gələn Binəqədi Rayon Yol Patrul Xidmətinin əməkdaşlarının apardıqları araşdırma nəticəsində qəzaya "Hyundai"in sürücüsünün qarşı yola çıxmasının səbəb olduğu müəyyənləşib. Avtomobillər evakutorlar vasitəsi ilə cərimə meydançasına aparılıb. Faktla bağlı araşdırma aparılır.