Rusiya Ukrayna ilə razılığa gəldi: Qaz borcu ödəniləcək
Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Pyotr Poroşenko təbii qazın nəqli və borcun qaytarılması ilə bağlı razılığa gəlib.
APA TV-nin məlumatına görə, bu barədə açıqlamanı Rusiyanın "Qazprom" şirkətinin rəhbəri Aleksey Miller verib. O bildirib ki, Ukrayna Rusiyaya olan qaz borcunun ödənilməsi ilə bağlı bütün şərtləri qəbul edib.
Millerin sözlərinə görə, borcun ödənilməsi üçün Avropa Birliyi də Ukraynaya yardım edə bilər.
Miller vurğulayıb ki, ilin sonuna qədər 3,1 milyard dollar dəyərində olan borc tamamilə ödəniləcək. Ukrayna tərəfi isə təbii qazın hər 1000 kubmetri üçün 385 dollar ödəməyə hazır olduğunu bildirib.