"Boko-haram" Nigeriya hökuməti ilə razılığa gəldi: qızlar qaytarılacaq

Nigeriya hökuməti ilə "Boko Haram" terror təşkilatı razılığa gəliblər. APA TV-nin məlumatına görə, terror təşkilatı bir müddət öncə qaçırdığı və qul kimi satacağı 200-dən çox qızı qaytarmağa razılıq verib. Təşkilat Nigeriya hökumətindən tələb edib ki, bunun qarşılığında hazırda həbsxanalarda olan "Boko Haram" üzvləri sərbəst buraxılmalıdır.

 

"Boko Haram"ın razılığa gəlməsi ilə bağlı Nigeriyada bir qrup aktivist aksiya keçirib. Onlar hökuməti terror təşkilatının tələbinə müsbət reaksiya verməyə çağırıb.
 

Qeyd edək ki, "Boko Haram" 5 ildir ki, Nigeriyanın cənubunu nəzarətdə saxlayır. Çoxlu sayda qəsəbə və kəndi ələ keçirən təşkilat xilafət qurmaq istəyir.
 

Müəllif | Apa.Tv