Növbəti qadağa: 50 yaşdan aşağı fələstinlilər “Məscidi-Aksa”ya burxılmayacaq
İsrailin “Məscidi-Aksa”nın ziyarətinə yaş məhdudiyyəti tətbiq edib. Apa TV-nin məlumatına görə, yeni qaydalara əsasən, 50 yaşından aşağı fələstinlilərin "Məscid-i Aksa"ya girişi qadağan ediləcək. İsrail polisi cümə namazından sonra gənclərin keçirəcəyi etiraz aksiyasına əngəl olmaq məqsədi ilə bu addımı atıb. Bu addım İsraillə Fələstin arasında növbəti gərginliyə səbəb olub. Cümə namazını küçələrdə, polis barrikadalarının əhatəsində qılan fələstinlilər isə aksiya keçirməyə müvəffəq olublar. Bu zaman İsrail polisi ilə fələstinlilər arasında qarşıdurma olub. Aksiya iştirakçılarına sərt müdaxilə edən polis onlardan bir neçəsini həbs edib.