Qubada banan ağacı meyvə gətirib

Qubada banan ağacı meyvə gətirib. Rayonun 2-ci Nügədi kəndində yaşayan 64 yaşlı Əhməd İsabalayev sürücü olsa da, banan yetişdirmək fikrinə düşüb. O, 4 il bundan qabaq həyətində banan ağacı əkib. Lakin bir çoxları onun bu həvəsinə qeyri ciddi yanaşıblar.

“Ağacı Göyçayda gördüm. Maraqlandım. Aldım gətirdim, evdə əkdim. Bizim bölgədə bitən deyil. Əziyyətini çəkdim. Bu il baxdıq ki, meyvələri var”.

Bu il bəhər verən banan ağacının üzərində 70-ə yaxın meyvə var. Şimal bölgəsində qış aylarının sərt keçdiyi üçün banan ağacı soyuqdan qorunmalıdır. Buna görə də bağın sahibi artıq ağacı qarşıdan gələn kəskin şaxtalardan qorumaq üçün ot bağlamaları da sifariş verib. Bu cür bitkilərə xüsusi marağı olan Əhməd İsabalayev həyətində həmçinin, limon, yapon əzgili, xurma və əncir də yetişdirib.
 

Müəllif | Apa.Tv
Vəli Turan