Xaçmazda meşədən meyiti tapılan şəxsin kimliyi müəyyənləşib
Xaçmazda meşə massivindən meyiti tapılan şəxsin kimliyi müəyyənləşib. APA TV-nin şimal bürosunun məlumatına görə, oktyabrın 18-də Xaçmaz rayonunun Ləcət kəndi yaxınlığındakı meşə massivində üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb.
Aparılan araşdırmalar zamanı mərhumun Xudat şəhərində yaşayan 32 yaşlı Xeyirov Zamiq Namiq oğlu olduğu müəyyən edilib. Xaçmaz rayon Polis Şöbəsindən verilən məlumata görə, Zamiq Xeyirov Bakı şəhərində qeydiyyatda olsa da, Xudat şəhərində qaynatasının evində yaşayıb. Lakin onun kim və yaxud kimlər tərəfindən öldürüldüyü hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb. Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.